Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunda 2-ci mərhələyə start verilib. Qol.Az-ın apasport.az saytına istinadən yaydığı məlumata görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi də Bakıda başlayıb.
İdmançılar yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşüblər. Bu gün paytaxtı tərk edəcək velosipedçilər 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər.
Artıq finiş xəttinə ilk çatan idmançı müəyyənləşib, II mərhələnin qalibi adına Türkiyənin “Torku Şəkərspor” klubunun ukraynalı legioneri Sergey Qrişin yiyələnib. Finiş xəttinə 2-ci çatan isə “Synergy Baku”nun üzvü Aleksandr Surutkoviç olub. Fəxri kürsünün son pilləsini isə Qazaxıstanın “Astana” klubunun üzvü Baxtiya Kojotayaev tutub.
Sabah yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 km) qayıdacaqlar. 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.
Qeyd edək ki, 25 komandanın iştirakı ilə keçirilən yarışın ilk mərhələsindən sonta "Synergy Baku"nun üzvü Kristof Şvaytser liderin daşıdığı mavi və ən yaxşı sprinterə verilən yaşıl formanı ələ keçirib. Ən yaxşı dağ yürüşçüsü kimi qırmızı forma isə “Efapel”in üzvü Sezar Fontenə verilib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video