Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Qol.Az-ln məlumatına görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində MOİK FK və “Tərəqqi” FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və “Tərəqqi” FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.
Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. 2013-2014 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 5.0):
AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, “Simurq” PFK.
2. 2013-2014 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0): "Rəvan" FK, "Sumqayıt" FK.
3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq “Kəpəz” PFK, “Turan” PFK, "Qaradağ-Lökbatan" FK, "Ağsu" FK, “Neftçala” FK, “Lokomotiv” FK- nın 2013-2014 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.
4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video