Əfqan Talıbov: "Oyunçularımız topu hiss edə bilmirdi"

Əfqan Talıbov: "Oyunçularımız topu hiss edə bilmirdi"
GÜNDƏM 27 Aprel 2013 / 19:50 1833
-  A +

“Digər oyunlarla müqayisədə bugünkü oyunda komanda verilən tapşırıqları yerinə yetirdi, az səhv etdi. Lakin oyunu müsbət nəticə ilə yekunlaşdıra bilmədik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqanın 28-ci turunda "Rəvan"la oyundan (0:1)sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi komandasının səhvlərindən danışıb: "Əsasən cinahlardan ötürülən toplarda səhvlər edirdik, əks-hücumdan qapımızda qol gördük. Oyunçularımız topu hiss edə bilmirdi. Standart vəziyyətlərdən istifadə edib qol vurmaq istəyirdik. Qarşıdakı dörd oyuna ciddi hazırlaşmalıyıq”.

Daha çox


Son xəbərlər