Topaz Premyer Liqada mart ayının ən yaxşı qolunun müəllifi bəlli oldu (VİDEO)

Topaz Premyer Liqada mart ayının ən yaxşı qolunun müəllifi bəlli oldu (VİDEO)
GÜNDƏM 27 Aprel 2013 / 12:42 3357
-  A +

Topaz Premyer Liqada mart ayının ən gözəl qolunun müəllifi məlum olub.
Qol.Az-ın məlumatına görə, AZAL-ın futbolçusu Cavid Tağıyev ötən ay Topaz Premyer Liqada vurulan ən gözəl qolun müəllifi olub. O, 3602 səslə bütün həmkarlarını qabaqlayıb. PFL-in rəsmi saytında keçirilən səsvermə nəticəsini təqdim edirik:

1. Cavid Tağıyev (AZAL) - 3602 səs (73%) 2. Orxan Əliyev (Sumqayıt) - 458 səs (9%) 3. Fərid Quliyev (Kəpəz) - 379 səs (8%) 4. Mindauqas Kalonas (Rəvan) - 289 səs (6%) 5. Pərdis Fərcad Azad (Sumqayıt) - 212 səs (4%).

Qeyd edək ki, ayın ən gözəl qolunun müəllifi və ən yaxşı oyunçusu aprelin 29-da mükafatlandırılacaq.



Daha çox


Son xəbərlər