“Borussiya”nın (Dortmund) baş məşqçisi Yurgen Klopp futbolçusu Mario Qötzenin “Bavariya”ya transferinə münasibət bildirib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Qötzenin klubdan ayrılmasına ən böyük səbəb kimi futbolçunun yeni mövsümdən Münhen təmsilçisinə baş məşqçilik edəcək Pep Qvadiola ilə çalışmaq istəməsini göstərib. Klopp bu transferdə ən böyük günahkarın isə özünün olduğunu deyib: “Çünki ispanca öyrənə bilmədim. Qötze möhtəşəm baş məşqçi Qvardiolanı seçdi”.
Almaniyalı mütəxəssis “Bavariya”nın Qötzeni transfer edəcəyini gözləmədiyini də etiraf edib: “ Biriləri bizim uğur əldə etməyimizi istəmir. Ancaq biz istədiklərimizə nail olmaq üçün nə lazımdırsa edəcəyik”.
O, bu transferin Çempionlar Liqasının yarımfinalında “Real”la matça təsir etməyəcəyini də vurğulayıb: “Mən Qötzenin bizdən ayrılacağını ÇL-in 1/4 finalının “Malaqa” ilə cavab matçından sonra öyrəndim. Buna görə də bu nəticəyə sevinə bilmək üçün sadəcə 24 saatım oldu. Ancaq hər kəs bilsin ki, biz yenə də Madird klubu ilə oyuna hazırıq. Çox önəmli matç bizi gözləyir və bu oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video