“Oyuna ciddi hazırlaşmışdıq, bütün xırdalıqlara fikir vermişdik, oyun istədiyimiz kimi gedirdi. Hər iki komanda açıq oyun nümayiş etdirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları ilk matçda sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, oyun onların istədiyi kimi gedib: “İlk qolu vurmağımız yaxşı oldu. Amma hesabı qoruya bilmədik. Birinci qol epizodunda penaltinin olub-olmadığını deyə bilmərəm. Çünki mən də epizoddan uzaqda idim. Buraxdığımız ikinci qolda isə futbolçularımızın səhvi oldu. Bundan sonra kubokun cavab oyununa və Premyer Liqadakı növbəti matçımıza hazırlaşacağıq. Çalışacağıq ki, belə səhvlər buraxmayaq”.
Q.Qurbanov etdiyi əvəzetmələrlə bağlı danışarkən qeyd edib ki, rəqibin futbolçuları yorulduğu üçün bu addımı atıb: “Mən orta xətti gücləndirmək istədim ki, meydana təzə girən futbolçular rəqibin yorğunluğundan istifadə etsinlər”.
O, komandasının yeni transferlərindən razı qaldığını da söyləyib: “Onlar yaxşı təsir bağışlayır”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video