“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında “Qalatarasaray”la cavab matçı öncəsi açıqlamalar verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumat görə, portuqaliyalı mütəxəssis çox diqqətli olmalarının vacibliyini vurğulayıb: “İlk matçı 3:0 hesabı ilə qazanan komanda cavab oyununda eynihesabla məğlub da ola bilər. Buna görə də, istəmədiyimiz bir nəticə əldə etmək istəmirik.
Baş məşqçi 0:4 hesabı ilə, ya da penatilər seriyasında uduzduqları halda bütün dünyanın təəccüblənəciyini deyib: “Bu da bizim üçün çox pis olar. Hər kəs məğlub olmağımızı gözləyir. Buna görə də futbolçularımın ilk oyunun nəticəsini unutmalarını istəyirəm. Sabahkı oyunda 0:2, ya da 1:3 hesabı ilə məğlub olsaq, çox təəssüflənərəm. Çünki bu oyunda hədəfimiz ancaq qalib gəlməkdir”.
“Real”ın çalışdırıcısı Türkiyədə çalışıb-çalışmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “2003-cü ildə az qala Türkiyəyə gəlirdim. Amma son anda başqa yol seçdim. Gələcəkdə nələr edəcəyim bəlli olmaz.
Mourinyo ilk matçda “Qalatasaray”lı futbolçu Burakın yıxıldığı epizodun penaltı olduğunu da etiraf edib: “Terimin o vəziyyətdə əsəbiləşməsini başa düşürəm. Hakimin verdiyi qərar fərqli də ola bilərdi. Ancaq futbolda hər zaman hər şey istədiyiniz kimi getmir”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı