"Yaxşı qol vurduq. Almeyda cərimə zərbəsini mükəmməl yerinə yetirdi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turunda "Qəbələ" üzərində qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi rəqibin çox güclü olduğunu bildirib: "Qəbələ" yüksək göstəriciləri ilə fərqlənir. Belə də oyunumuz pis alınmadı. Bu oyunu yaddan çıxarmalıyıq. Gələn oyunlara baxmalıyıq. Hələ heç nə bitməyib. Qarşıda çox çətin matçlarımız var.
Q.Qurbanov Namiq Yusifovun start heyətdə yer almamasına da aydınlıq gətirib: ”Səbəb oyun taktikası idi. Sonradan onu oyuna buraxdım. Getdikcə yeni transferlərdən istifadə etməyə başlamışam. Aldığımız oyunçular meydanda idi. Təkcə Subaşiç oynamırdı. Qışda etdiyimiz transferlərdən ən yaxşısı Oparadır deyərdim. "
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu