Çempionlar Liqasındakı yüksək səviyyəli oyunu ilı Avropa klublarının diqqətini çəkən Burak Yılmaz Türkiyə mətbuatına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir.
- Türkiyənin ən böyük dörd klubunda oynamısan. “Qalatasaray”ı digərlərindən fərqləndirən nədir?
- Bu günə qədər oynadığım hər bir klub mənim üçün çox dəyərlidir. Sadəcə, “Qalatasaray”da fərqli Burak izləyirsiniz. Çünki hazrıda ən yaxşı formadayam. Bundan komanda yoldaşlarımın və baş məşqçimin böyük rolu var.
- Keçən mövsüm “Trabzonspor”da 30 matçda 33 qol vurmuşdun. Bu nəticəni daha da yaxşılaşdıracağına inanırsan?
- Bəli, bunun üçün çox çalışıram. Əgər öz işinizi düzgün edirsinizsə, uğur olacağına inanıram. Mən hazırda işimlə və “Qalatasaray”la yaşayıram. Komandama daha yaxşı necə fayda verəcəyimi düşünürəm.Mənim üçün ən önəmli olan qol vurmağım yox, komandamın qələbə qazanmağıdır. Sözsüz, hər ikisi olarsa, daha məmnun olaram.
- Çempionlar Liqasının 1/4 finalın püşkatmasında rəqibiniz “Real” olduğunu biləndə nələr hiss etdin?
- Bu nöqtədən sonra bizə hansı klubun rəqib olması önəmli deyildi.Çünki bu mərhələyə çıxan hər komanda güclüdür.
- Bəs bu oyunda şanslarınızı necə qiymətləndirirsən?
- Komanda olaraq çox yaxşı əhval-ruhiyyədəyik. Əlimizdən gələni edəcəyik. “Real” güclü rəqibdir, ancaq onları məğlub etsək, kuboku qazanacağımıza inanıram.
- Evində xatirə olaraq saxladığın formaların var?
- Hədiyyələri, formaları saxlamaq yaxşı vərdişdir. Gələcəkdə bunlara baxıb fərqli hisslər keçirirsən. Bəlkə də gələcəkdə futbol həyatımdam kitab yazdım.
- Unuda bilmədiyin qol hansıdır?
- Bunu gələcəkdə kitabımda oxuyarsınız. Ona görə sirr qalsın.
- Droqba və Sneyderin transferindən sonra “Qalatasaray” Türkiyənin arzuladığı komanda oldumu?
-Çox yaxşı bir heyətimiz var. Ancaq ən yaxşı komanda bir-iki futbolçu ilə deyil, ümumi heyətlə olur. Biz də yaxşı oynamaq üçün əlimizdən gələni edirik. Buna görə də mütəmadi olaraq çalışırıq.
- Hücumda oyunun daha çox kimlə yaxşı alınır?
- Bir futbolçunun belə bir suala cavab verməsi həm komanda yoldaşlarına, həm baş məşqçisinə hörmətsizlik olar.
- Başla, ayaqla, cərimə zərbəsindən, bir sözlə, hər cür qol vurursan. Bəs ən çox necə qol vurmağı sevirsən?
- Mən sadəcə vurduğum topun qapı xəttini keçməsini istəyirəm. Buna görə də necə qol vurmağım önəmli deyil.
-Sneyder klubunuza transfer olunanda nə düşündün?
-“Qalatasaray” böyük klubdur. Burada hansısa transferin gərçəkləşməsi möcüzə deyil. Buna görə də heç təəccüblənmədim.
-Bir çox baş məşqçi ilə çalışmısan. Ancaq Fatih Terimlə aranızda sanki xüsüsi münasibət var.
-Fatih Terim çox yaxşı insan və baş məşqçidir. Onunla çalışmayan bunu anlaya bilməz. Onunla bir yerdə olmaqdan qürur hissi keçirirəm.
- Boş zamanlarda digər ölkələrin çempionatlarını izləyirsən?
-Əlbəttə. İngiltərə Premyer Liqası və son zamanlar səviyyəsi xeyli yüksələn Rusiya çempionatının matçlarını izləyirəm. İspaniya və İtaliya liqaları ilə də maraqlanıram.
-Droqbanın transfer xəbərini duyduğunda nələr hiss etdin?
- Droqba dünyanın tanınmış futbolçularından biridir. Onun “Qalatasaray” üçün çox şeylər edəcəyinə, bir yerdə yaxşı nailiyyətlər qazanacağımıza inanıram. Biz peşəkar futbolçuyuq. Rəqabətin yüksək olduğu klubda oynamaq bizim öz oyunumuza da təsir edir.
- Azarkeşlər səni tribunaya çağıranda əlini başının üstünə qoyursan. Bunun mənası nədir?
- Yəni başımın üstündə yeriniz var. Tərəfdarlarımız möhtəşəmdir. Yağmurda, qarlı havada belə bizi dəstəkləyirlər. Mən də ən yaxşı oyunumu nümayiş etdirməyə çalıçıb onların dəstəklərini qarşılıqsız qoymamağa çalışıram.
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər