“Azərbaycan yığması doğma meydanda daha inamlı təsir bağışlayır. Martın 22-də Lüksemburqla səfər oyunu ilə müqayisədə komandamız daha yaxşı görünürdü. Yığmamız ilk hissədə yaxşı oynadı və hətta qol vurmaq üçün bir neçə imkan əldə etdi. İkinci hissədə isə daha ağır oldu”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” klubunun futbolçusu Aleksandr Çertaqanov Ukrayna mətbuatına açıqlamasında deyib.
Rauf Əliyevin görüşün 55-ci dəqiqəsində qırmızı vərəqə almasına toxunan futbolçu, bunu məğlubiyyətin səbəblərindən biri kimi göstərib: “Rauf Əliyevin meydandan qovulması komandamızın oyununa mənfi təsir etdi. Hakim belə sərt addım atmaya da bilərdi. Bunun nəticəsində uduzduq. Lakin qrup mərhələsində sona qədər mübarizə aparacağıq”.
Milli komandaya dəvət almayan təcrübəli yarımmüdafiəçi bunu zədəli olması ilə əlaqələndirib: “Əzələm qırılmışdı. Buna görə bir aydır ki, meydana çıxa bilmirdim. Artıq fərdi məşqlərə başlamışam. “Qəbələ”də əvvəlki oyunumu göstərəcəm. Ümid edirəm ki, Berti Foqts yenidən məni milli komandaya çağıracaq”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu