Azərbaycan milli komandasının yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- DÇ-2014-ün seçmə mərhəlsində Lüksemburqa qarşı keçirdiyimiz oyunu necə qiymətləndirirsən?
- Maraqlı oyun oldu. Çox istəyirdik qalib gələk. Ən çox xal qazanacağımız rəqib Lüksemburq idi. Ona görə də meydana ancaq qələbə üçün çıxmışdıq. Azarkeşlərə təşəkkür edirəm ki, bizi axıra qədər dəstəklədilər. Oyunda bir neçə qol imkanımız olsa da, istifadə edə bilmədik. Bakıda oynasaq, qalib gələrdik. Rəqib tam müdafiədə oturmuşdu. Meydançanın vəziyyəti çox bərbad idi. Bu da oyunumuza təsir edirdi.
- Öz oyununuzdan razı qaldınız?
- Qələbə qazanmadığımıza görə narazı qaldıq. Çünki Lüksemburq qalib gəlinəsi komandadır. Ümumi oyundan razı qalmaq olar. Bircə qol çatmadı. Rəqibdən üstün oynadıq.
- Ancaq komandamız son vaxtlar belə pis oynamamışdı.
- Mən deməzdim pis oynadıq. Düzdür, gözlənilən oyunu göstərmədik. Ancaq komandamızda yorğunluq var idi. O cür meydançada isə futbol oynamaq çox çətindir. Meydança sürüşkən, palçıqlı idi. Ayağımıza palçıq yapışırdı, qaçmaq olmurdu.
- İkinci hissənin ortalarında sanki komandamız bir xalla barışmışdı.
- Heç-heçə ilə daha çox rəqib razılaşmışdı. Vaxtı uzadırdılar, qapıçı topu saxlayırdı. Ola bilsin oyuna baxanda komandada yorğunluq hiss olunub. Ancaq biz sona qədər qələbəyə çalışdıq. Rəqibimiz də əvvəlki komanda deyil. Son vaxtlar çox inkişaf ediblər. Demək olar ki, əvvəlkindən ikiqat güclüdürlər.
- Belə oyunla Portuqaliyadan xal ala biləcəyik?
- Hər bir komandaya qarşı müxtəlif oyun alınır. İnanıram ki, Portuqaliyaya qarşı Lüksemburqda göstərdiyimiz oyundan xeyli üstün oynayacağıq. Həmişə ev oyununda yaxşı təsir bağışlamışıq. Həmçinin rəqibimizin də kim olduğunu bilirik. Elə lüksemburqa qalib gələ bilməməyimizin bir səbəbi də oyuna yaxşı köklənməməyimiz oldu. Ancaq Portuqaliya ilə oyuna elə hazır olmalıyıq ki, heç olmasa, bir xal qazanaq. Bunu uğur hesab etmək olar. Əziyyətə qatlaşıb qalib gəlsək, daha yaxşı olar.
- Ronaldonun oynamaması işimizi nə dərəcədə asanlaşdıra bilər?
- Ronaldo bizə çətin anlar yaşada bilərdi. Ancaq Portuqaliya Ronaldodan ibarət deyil. Bütün komanda tanınmış futbolçulardan ibarətdir. Deyərdim ki, Portuqaliya Ronaldosuz daha güclü olacaq.
- Belə çıxır ki, Ronaldonun oynamamasına sevinmirsiniz?
- Meydançada olsa daha yaxşı olardı. Çünki Ronaldo soyuqqanlı futbolçudur. Bəzi futbolçulardan fərqli olaraq oyunda çox düşünmür. Əlinə keçən topları qapıya vurur. Ancaq komandanın digər futbolçuları daha yaradıcı futbol oynayır.
Ramiq AĞAMƏMMƏDOV
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər