Rəşad Sadıqov: "Müdafiədə oturub, əks-hücumda oynamaq fikrimiz yoxdur"

Rəşad Sadıqov: "Müdafiədə oturub, əks-hücumda oynamaq fikrimiz yoxdur"
GÜNDƏM 21 Mart 2013 / 17:14 2588
-  A +

“Bir neçə gündür rəqibi təhlil edirik. Asan oyun olmayacağını bilirik. Əsas heyətimiz yavaş-yavaş formalaşır. Əsas heyət oyun günü bilinir. Çünki dəyişikliklər ola bilər. Son günə kimi heç kim dəqiq bir şey deyə bilmir".
 
Qol.Az-ın AFFA-nn rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli müdafiəçinin sözlərinə görə, qalib gəlmək nə qədər vacib olsa da, müdafiədə diqqətli olmalıdırlar. "Mütləq qalib gəlməliyik deyə irəi atsaq, yana bilərik. Rəqib bizi cəzalandıra bilər və nəticədə çətinliklə üzləşərik. Lüksemburq yığması çox yaxşı müdafiə olunur. Psixoloji cəhətdən sakit hazırlaşırıq. Müdafiədə oturub, əks-hücumda oynamaq fikrimiz yoxdur. Biz hər şeyə hazır olmalıyıq”.

Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:15-də keçiriləcək.

Daha çox


Son xəbərlər