Millimizin sabiq oyunçusunun adı himn qalmaqalında (VİDEO)

Millimizin sabiq oyunçusunun adı himn qalmaqalında (VİDEO)
GÜNDƏM 18 Mart 2013 / 13:23 3231
-  A +

Azərbaycan millisini sabiq futbolçusu Şamil Lahiyalovun Rusiyanın dövlət himni səsləndirilərkən etdiyi hərəkət qonşu ölkədə narazılığa səbəb olub.

Qol.Az-ın məlumatına görə, Premyer Liqanın “Anji” – “Krılya Sovetov” oyunu zamanı Lahiyalov himn çalınarkən digər futbolçulardan fərqli olaraq, üzünü bayrağa tərəf tutmayıb və saqqalını qaşıyıb.

Rusiya mətbuatı Lahiyalovun bu addımını ölkənin dövlət rəmzinə hörmətsizlik kimi dəyrləndirib. Hazırda “Krılya Sovetov”da çıxış edən Ş.Lahiyalov isə qeyd edib ki, keçmiş komandası “Anji”yə qarşı çıxış etdiyi üçün emosiyaya qapılıb və heç nəyin fərqində olmayıb.


Daha çox


Son xəbərlər