Avropa Liqası: "Fənərbaxça" və "Rubin" 1/4 finalda (YENİLƏNİB)

Avropa Liqası: "Fənərbaxça" və "Rubin" 1/4 finalda  (YENİLƏNİB)
GÜNDƏM 15 Mart 2013 / 01:55 13268
-  A +

Bu gün UEFA avropa Liqasının 1/8 final mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, azərbaycanlı azərkeşlərin də maraqla izlədiyi oyun İstanbulda baş tutub. Belə ki, “Fənərbaxça” Çexiyanın “Viktoriya” klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça" 1/4 final mərhələsinə vəsiqə qazanıb. Milli komandamızın üzvü Ruslan Abışovun klubu “Rubin” isə “Levante”ni qəbul edib və 2:0 hesabı ilə qalib gələrək (İlk oyun 0:0) növbəti mərhələyə çıxıb. Digər bir maraqlı oyun İtaliyada baş tutub. "İnter" "Tottenhem"i qəbul edib. İlk oyunda 0:3 hesabı ilə uduzan "İnter" oyunun əsas vaxtında bu qolların əvəzini çıxıb. Lakin görüşün əlavə vaxtında hesab 4:1 olub ki, bu da "Tottenhem"i növbəti mərhələyə çıxardıb. Beləliklə, 1/4 final mərhələsinə çıxan komandalar bunlardır: "Rubin", "Bazel", "Tottenhem", "Benfika", "Çelsi", "Fənərbaxça", "Latsio" və "Nyukasl".




Avropa Liqası


1/8 final, cavab oyunlar

14 mart

21:00.“Rubin” (Rusiya) – “Levante” (İspaniya) - 2:0
İlk oyun - 0:0
Qollar:Rondon, 100 (1:0), Dyadyun, 112 (2:0)

21:00.“Zenit” (Rusiya) – “Bazel” (İsveçrə) - 1:0
İlk oyun - 0:2
Qol: Vitsel, 30 (1:0)
Qırmızı vərəqə: Dias, 45 ("Bazel")

22:00.“İnter” (İtaliya) - ”Tottenhem” (İngiltərə) - 4:1
İlk oyun - 0:3
Qollar: Kassano, 30 (1:0), Palasio, 52 (2:0), Qallas, 76-avtoqol (3:0), Adebayor, 96 (3:1), Alvarez, 110 (4:1)

00:05.“Bordo” (Fransa) – “Benfika” (Portuqaliya) - 2:3
İlk oyun – 0:1
Qol: Jardel, 30 (0:1), 90, avtoqol, (2:2) Diabate, 74 (1:1), Kardoza, 75 (1:2), 90 (3:2)

00:05.“Çelsi” (İngiltərə) – “Styaua” (Rumıniya) - 3:1
İlk oyun - 0:1
Qollar: Xuan Mata, 34 (1:0), Criçes, 45+1 (1:1), Terri, 58 (2:1), Torres, 71 (3:1)

00:05.“Fənərbaxça” (Türkiyə) – “Viktoriya” (Çexiya) - 1:1 
İlk oyun - 1:0
Qol: Salih, (1:0), Darida 60 (1:1)

00:05.“Latsio” (İtaliya) – “Ştuttqart” (Almaniya) - 3:1
İlk oyun – 2:0
Qol: Kozak, 6 (1:0), 8 (2:0), 87 (3:1), Haynal,62 (2:1)

00:05.“Nyukasl” (İngiltərə) – “Anji” (Rusiya) - 1:0
İlk oyun – 0:0
Qol: Sisse, 90+4 (1:0)
Qırmızı vərəqə: Qonzalez, 55 ("Anji")


Daha çox


Son xəbərlər