Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib. Doğma meydanda rəqibinə 1:3 hesabı ilə məğlub olan “Arsenal” ən azından bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Qonaq komanda 2:0 hesabı ilə qalib gəlib buna nail olsa da, səfər meydanında vurulan qolların sayına görə, 1/4 finala çıxan komanda "Bavariya" olub. Digər oyunda “Malaqa” “Portu”nu qəbul edib. İlk oyunda 0:1 hesabı ilə məğlub olan meydan sahibləri bu oyunda 2:0 heasabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib."Malaqa", “Real” və “Barselona”dan sonra 1/4 final mərhələsinə çıxan üçüncü ispan komandası olub.
Beləliklə, ÇL-ın 1/4 final mərhələsində “Real”, “Borussiya”, “Yuventus”, PSJ , "Barselona”, "Qalatasaray", "Bavariya" və "Malaqa" mübarizə aparacaq.
Çempionlar Liqası: 1/8 final, təkrar oyunlar
13 mart
23:45.“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 0:2
İlk oyun – 3:1
Qollar: Jiru, 3 (0:1), Koselni, 85 (0:2)
23:45.“Malaqa” (İspaniya) – “Portu” (Portuqaliya) - 2:0
İlk oyun – 0:1
Qollar: İsko, 43 (1:0), Krus, 77 (2:0)
Qırmızı vərəqə: Defur, 49 ("Portu")
12 mart
23:45.“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) - 2:3
İlk oyun – 1:1
23:45.“Barselona” (İspaniya) – “Milan” (İtaliya) - 4:0
İlk oyun – 0:2
6 mart
23.45. PSJ (Fransa) - “Valensiya” (İspaniya) -1:1
İlk oyun – 2:1
23.45. “Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya) -2:0
İlk oyun –3:0
5 mart
23.45. “Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna)- 3:0
İlk oyun - 2:2
23.45. “Mançester Yuneyted” (İngiltərə) – “Real” (İspaniya) -1:2
İlk oyun – 1:1
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil