Qurban Qurbanov: "Bizdə dəqiqlik çatmadı"

Qurban Qurbanov: "Bizdə dəqiqlik çatmadı"
GÜNDƏM 3 Mart 2013 / 19:53 2330
-  A +

“Hər iki komanda sona kimi mübarizə apardı. Komandalarda qələbə əzmi var idi. Son dəqiqəyədək qələbə qazanmaq üçün çalışdıq. Lakin bizdə dəqiqlik çatmadı".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 22-ci turunda "İnter"lə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

Komandasının oyunundan razı qaldığını deyən baş məşqçi bir xalın qənaətbəxş olduğunu bildirib.

 

Daha çox


Son xəbərlər