Ramiz Məmmədov: “Bəzi futbolçularımız oyuna səhlənkar yanaşdılar”

Ramiz Məmmədov: “Bəzi futbolçularımız oyuna səhlənkar yanaşdılar”
GÜNDƏM 3 Mart 2013 / 18:44 2229
-  A +

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqanın 22-ci turunda AZAL-a 1:6 hesabı ilə uduzduqları oyunu şərh edib.

Qol.Az-ın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında o bildirib ki, tam fərqli iki hissə oldu: “Futbolçular sanki rahatlaşmışdı. Bu məğlubiyyəti yorğunluqla əlaqələndirmək istəməzdim. Bəzi futbolçularımız oyuna səhlənkar yanaşdılar. Nəticədə böyük hesabla məğlub olduq. Toparlanıb kubok oyununda öz oyunumuzu göstərməliyik”.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner