Vaqif Sadıqov: "Fəxr edirəm ki, belə komandam var"

Vaqif Sadıqov: "Fəxr edirəm ki, belə komandam var"
GÜNDƏM 3 Mart 2013 / 18:32 2150
-  A +

“Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, oyunun gedişi güclü komandaya qarşı oynadığımız göstərdi. Bəxtimiz gətirdi ki, “Qəbələ” ilk hissədə qol imkanlarından yararlana bilmədi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 22-ci turunda "Qəbələ"ylə oyundan (6:1) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi komandasından razı qaldığını bildirib:"İkinci hissəyə daha aqressiv başladıq, oyuna tam nəzarəti ələ aldıq. Fəxr edirəm ki, belə bir komandam var”.

 

Daha çox


Son xəbərlər