“Xəzər Lənkəran” ağır cəza alan futbolçusunu əvəzedici heyətə göndərdi

“Xəzər Lənkəran” ağır cəza alan futbolçusunu əvəzedici heyətə göndərdi
GÜNDƏM 3 Mart 2013 / 00:33 3335
-  A +

“Xəzər Lənkəran” müdafiəçisi Vanderson Skarduellini əvəzedici heyətə göndərib.

Qol.Az-ın məlumatına görə, o, martın 2-də “Sumqayıt”a qarşı keçirilən əvəzedici komandaların yarışında iştirak edib. “Sumqayıt”ın 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda Skarduelli “Xəzə Lənkəran”ın yeganə qoluna imza atıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsi bu gün keçirdiyi iclasda Skarduelliyə üç oyunluq cəza kəsib. Buna onun “Qəbələ” ilə Topaz Premyer Liqanın 21-ci turunun oyunun 89-cu dəqiqəsində rəqibə birbaşa zərbə endirməsi səbəb olub.

 

Daha çox


Son xəbərlər