"Burak Yılmazın transfer qiyməi 40 milyon avrodur"

"Burak Yılmazın transfer qiyməi 40 milyon avrodur"
GÜNDƏM 2 Mart 2013 / 16:58 3587
-  A +

“Qalatasaray” klubunun prezidenti Ünal Aysal son vaxtlar uğurlu çıxışı ilə yadda qalan Burak Yılmaz haqqında açıqlama verib.

Qol.Az-ın məlumatına görə, klub prezidenti Burakın da transferə çıxarılmasının mümkün olduğunu qeyd edib: “Qalatasaray”da bu futbolçu satıla bilməz deyə bir hiss yoxdur. O, 1970-1980-ci illərdə qaldı. Futbolçunun kariyerasını bir klubda başa vurması çox pis haldır. Burak Yılmaza hər hansı bir klubdan təklif yoxdur. Ancaq mövsümün sonu əlbətdəkə belə təkliflər olacaq. Burak bizim üçün çox qiymətlidir. 40 milyn avro gətirən Burakı ala bilər. “Atetiko”nun  futbolçusu Falkaonun qiyməti 55 milyondursa, mənim oyunçum 40 milyon avro olmalıdır.

Ünal Aysal qapıçı Musleranın da transfer qiymətini açıqlayıb: “Muslera üçün 30-35 milyon avro düşünürəm. Ona da bu rəqəmə yaxın bir məbləğdə təklif gəlsə, müzakirələrə başlayıb lazım olsa oyunçu ilə yollarımızı ayırarıq”.

Daha çox


Son xəbərlər