Qurban Qurbanov: “Cavab oyunu bundan da çətin olacaq”

GÜNDƏM 27 Fevral 2013 / 17:26 2255
-  A +

“Çox gözəl oyun keçdi. Futbolçular meydançanın hər qarışı uğrunda sona kimi mübarizə apardılar” Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ ilə ilk oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi cavab qarşılaşması haqqında da danışıb. “Kubok oyunları iki mərhələdən ibarətdir. Bakıdakı oyun bundan da çətin olacaq. “Qəbələ” standard vəziyyətlərdən yaxşı istifadə edir. “İnter”lə çempionat oyunundan sonra “Qəbələ” ilə cavab oyununu fikirləşəcəyik” deyə o bildirib.

Daha çox


Son xəbərlər