“Traxtorsazi”nin azarkeşləri: “Cənubi Azərbaycan İran deyil” (FOTO)

“Traxtorsazi”nin azarkeşləri: “Cənubi Azərbaycan İran deyil” (FOTO)
GÜNDƏM 27 Fevral 2013 / 13:58 4811
-  A +

Fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin “Traxtorsazi” (Təbriz ) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandasının görüşündə yerli azarkeşlər Azərbaycanla bağlı şüarlar səsləndiriblər.

Qol.Az-ın məlumatına görə, “Traxtorsazi”nin 3:1 hesabı ilə qalib gəldiyi oyunda üzərində “Cənubi Azərbaycan İran deyil” sözləri yazılan pankart da açılıb.

Bundan başqa, stadiona toplaşan yüz minədək Azərbaycan türkü Xocalı soyqırımını da yaddan çıxarmayıb,  bununla bağlı şüalar səsləndirib.


Daha çox


Son xəbərlər