"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi (YENİLƏNİB)

"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi (YENİLƏNİB)
GÜNDƏM 26 Fevral 2013 / 11:35 3703
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes istefa verib.

Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqanın 21-ci turunun “Qəbələ”yə qarşı matçdakı məğlubiyyətdən sonra ilk "altılığ"a düşmək şansını böyük ölçüdə itirən “Xəzər Lənkəran”ın baş məşqçisi tutduğu vəzifədən getmək qərarı verib. İspaniyalı məşqçininin Lənkəranda bazadan əşyalarını yığdığı və Bakıya qayıtdığı bildirilir.

Artıq Karles Bakes özü də istefa verdiyini təsdəqləyib.

Qeyd edək ki, Bakesin istefaya getməsi haqda ilk olaraq “Futbol+” qəzeti məlumat yayıb.

Xatırladaq ki, bu, son bir ildə "Xəzər Lənkəran"da üçüncü baş məşqçi dəyişikliyidir.

Daha çox


Son xəbərlər