Bu gün MDB və Baltikyanı ölkələrin çempionlarının mübarizə apardığı 17-ci «Birlik kuboku»nun püşkü atılıb. Qol.Az-ın məlumatına ğörə, Moskvadakı «Futbol evi»ndə keçirilən tədbirdə Azərbaycan çempionu «İnter»in rəqibləri məlum olub. Valentin Xodukinin komandası D qurupunda Latviyanın «Ventspils», Qırğızıstanın «Dordoy-Dinamo» və Finlandiyanın «İnter» klubları ilə mübarizə aparacaq. Qeyd edək ki, Finlandiya klubu ilk dəfədir ki, bu yarışda iştirak edir. Serbiya komandaları «Birlik kuboku»na qatılmaqdan imtina etdikdən sonra Rusiya Futbol İttifaqı (RFİ) finlərin razılığını alıb.
A qrupu: «Rubin» (Rusiya), «Ararat» (Ermənistan), «Aktobe» (Qazaxıstan), «Paxtakor» (Özbəkistan).
B qrupu: «Aşqabad» (Türkmənistan), MTZ-RİPO (Belarus), «Ekranas» (Litva), Rusiyanın gənclər yığması.
C qrupu: «Şaxtyor» (Ukrayna), «Şerif» (Moldova), «Levadiya» (Estoniya), Reqar-Tadaz» (Tacikistan).
Yarışların keçirilməsi departamentinin rəhbəri Sergey Kulikov maliyyə çətinlikləri ilə üzləşdiklərini etiraf edib: «Hətta maddi səbəblərə görə, turnirin təşkili sual altında idi. Buna baxmayaraq, vəziyyətdən çıxa bildik. İndi televiziyalarla turnirin işıqlandırılmasına dair danışıq aparırıq. Yarımfinal və final görüşü çox güman ki, televiziya ilə yayımlanacaq. Digər oyunlarla bağlı danışıqlar davam edir».
“Heç də asan qrupa düşməmişik. Qırğızıstanın “Dinamo-Dordoy” klubundan fərqli, Latviya və Finlandiya çempionları güclü rəqiblərdir”. Bunu Azərbaycanı “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirində təmsil edəcək Bakının “İnter” klubun baş məşqçisi Valentin Xodukin deyib (apasport.az).
Xodukin püşkün nəticəsini elə də uğurlu saymır: “Finlandiya çempionu turnirin debütantı olsa da, beynəlxalq oyun təcrübəsi var. Avrokuboklarda çıxış edən Turku təmsilçisi manejdə hazırlığa öyrəşiblər. Çünki onlar qış fasiləsində məşqlərini adətən orda keçirirlər. Üstəlik, daha çox ucaboylu futbolçuların yer aldığı komandanın fiziki hazırlığı yaxşıdır. Elə Latviya çempionu da atletik futbol baxımından seçilir. “Ventspils” də bizim kimi yayda Çempionlar Liqasında çıxış edib və mərhələ adlayıb. Komanda son “Birlik kuboku”nda da qrupdan çıxıb və yenə buna iddialı olacaq. Fikrimcə, növbəti mərhələyə iki yer uğrunda mübarizədə əsas rəqiblərimiz Latviya və Finlandiya çempionları olacaq”.
“Birlik kuboku”nda uğurla çıxış etmək iddiasında olan Xodukin rəqiblərə barmaqarası baxmağı düzgün saymır: “Qırğızlar zəif sayılsa da, turnir sintetik örtüklü meydanda keçirildiyini nəzərə almaq lazımdır. Manejdə oynayan komandadan sürpriz gözləmək olar. ¼ finala çıxacağımız halda da, bizi çətin sınaq gözləyəcək. Çünki C qrupunda əsas favoritlər olan Ukraynanın “Şaxtyor” və Moldovanın “Şerif” klubları güclü rəqiblərdir. Üstünlük qazanmaq üçün 1-ci yeri tutmaq tutmağa çalışacağıq”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu
Fernandeş Ronaldoya çatdı
"Oğluma görə qol sevincini belə qeyd etdim" - Qismət Alıyev
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
Arda Gülerin bu mövsüm La Liqada ilk qolu - Video
Niderland da İnfantinonu istefaya çağırdı
“Sabah” yeni oyunçu alır
Argentina millisinin üzvü "Roma"da
"Fənərbaxça" qalib gəldi, "Başakşehir"dən heç-heçə