"Qəbələ" klubunun müdafiəçisi Deyan Kelharın Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- İlk öncə komandanın təlim-məşq toplanışı haqda fikirlərini öyrənək. Hazırlıq mərhələsi necə keçir?
- Bu təlim-məşq toplanışının ikinci hissəsidir. İlkin mərhələ Mingəçevirdə olmuşdu. Orada əsasən fiziki hazırlıq üzrə məşqlər keçmişdik. Futbolçular daha çox yükləndiyindən Mingəçevir toplanışı bizim üçün çətin olmuşdu. Həmin təlim-məşq toplanışından sonra komandada yorğunluq hələ də qalıb. Burada da hazırlığımızı davam etdiririk. Hələ vaxtımız var. İnanıram ki, Premyer Liqanın XIX turu çərçivəsində qarşılaşacağımız "Qarabağ"la oyuna tam hazır olacağıq.
- Antalyada "Qəbələ" artıq ikinci oyununu keçirib. İlk görüşdən fərqli olaraq bu dəfə "Volın" (Ukrayna) klubu ilə oyunda qələbə qazandınız...
- "Volın"la oyunda taktiki cəhətdən fərqli oynadıq. Bəziləri bu oyunu daha çox bəyəndi. Təbii ki, mən də bəyəndim. Çünki biz qələbə qazandıq. Ancaq ilk görüşdə "İnqolşdat"ı da məğlub etmək şansımız var idi. Komandaya yeni futbolçular cəlb olunub. Oyundan oyuna komandada uyğunlaşma prosesi daha da sürətlənir.
- "Qəbələ"nin düşərgəsinə baxışa gələn futbolçular haqda nə düşünürsən?
- Baxışa gələn oyunçular haqda nəsə demək mənim üçün çətindir. Çünki onlar hələ müəyyən sınaqdan keçirlər. Hər biri özünü yaxşı tərəfdən göstərmək üçün əllərindən gələni edirlər. Onlar da mənim kimi komandanın əsas üzvlərindən biri olmağa can atırlar. Lakin mən pozitiv bir insanam. Düşünürəm ki, "Volın"la oyunda onlar da yaxşı çıxış etdilər. Həmin futbolçuların çıxışına baş məşqçimiz Ramiz Məmmədov daha düzgün qiymət verə bilər. Çünki o, oyunu kənardan izləyib.
- "Qəbələ"yə yeni futbolçuların gəlişi komandada rəqabəti bir qədər də artırır. Bu baxımdan əsas heyətdəki mövqeyini itirməkdən qorxmursan ki?
- Bu, həyatın qanunudur. Kimsə gəlib, digərinin yerini tutur. Təbii ki, bu, heç kəsə xoş gəlmir. Ancaq həyat davam edir. Nə vaxtsa, mən də gəlib, kiminsə yerini tutmuşam. Ona görə də bu, məni qorxutmur.
- Komanda bu gün üçüncü yoxlama matçını keçirəcək. Rəqib isə Ukraynanın "Metallurq" klubu olacaq. Bu oyundan nə gözləyir?
- Təbii ki, biz oyunları nəticə üçün oynamırıq. Baş məşqçinin bizdən müəyyən tələbləri olur. Biz də çalışırıq ki, öz oyunumuzla baş məşqçini razı salaq. Nəyə qadir olduğumuzu nümayiş etdiririk. Bu futboldur. Burada istənilən nəticə qeydə alına bilər. Mən karyeram əzrində zəif komandalarda oynamışam, lakin güclü rəqiblə oyundan qalib ayrılmışıq. Bəzən də əksinə olub. Ona görə də bugünkü oyunda hər şey ola bilər.
- Fevralda qış fasiləsi başa çatır və həlledici mərhələyə start veriləcək. Necə düşünürsən, "Qəbələ"nin hazırki heyəti ilk "altılıq"da qalmağa kifayət edəcək?
- Mənim üçün həlledici mərhələ fevralda başlamır. İlk "altılıq" oyunları mənim üçün daha həlledici olacaq. Burada artıq çempionluq uğrunda mübarizə gedəcək. Hazırki heyətlə ilk "altılığ"a düşəcəyimizə inanıram. Düşünürəm ki, komandam çox şeyə qadirdir. Bunu Premyer Liqanın oyunları zamanı sübut edəcəyik. Doğrudur, digər rəqiblərə də hörmətlə yanaşıram. "Volın"la oyundan öncə bəzi futbolçularımız xəstə idi. Bununla belə, biz qələbə qazanmağı bacardıq. Təkcə, mən yox, bütün komanda qələbəyə inanır.
- İlk "altılıq" yolunda "Qəbələ"nin əsas rəqibi kimi hansı komandanın adını çəkə bilərsən?
- Mənim üçün digər komandalar maraqlı deyil. Məni öz komandam maraqlandırır. Əsas məqsədimiz qalan 4 oyunu da uğurla başa vuraraq ilk "altılıq"da qərarlaşmaqdır.
- Bəs, komandanın bu mövsüm üçün əsas hədəfi nədir?
- Bu haqda indidən nəsə demək düzgün deyil. İlk "altılığ"a düşdükdən sonra bu haqda nəsə demək olar. Sıfırdan 10-a tullanmaq mümkün deyil. Hər şeyi addım-addım, pillə-pillə etmək lazımdır. Ona görə də bu barədə danışmaq tezdir.
- Mövsümün əvvəlindən "Qəbələ"də oynayırsan. İlk dövrədə keçirdiyi oyunlarda hansı hücumçunu özün üçün daha təhlükəli hesab edirsən?
- Bu suala cavab vermək çətindir. Çünki mən müdafiəçi kimi tək oynamıram. Bu boks və ya tennis deyil ki, burada təkbətək mübarizə getsin. Futbolda 11 oyunçu 11 nəfərə qarşı oynayır. Əgər bu suala cavab verməkdən boyun qaçırıramsa, bu, o demək deyil ki, rəqib hücumçular zəif idilər. Sadəcə, dediyim kimi futbolda komanda oyununa üstünlük verildiyi üçün kimisə fərqləndirməyim düzgün deyil.
Vüsal HÜSEYN
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?