"Qarabağ" Litva çempionuna məğlub oldu (YENİLƏNİB)

"Qarabağ" Litva çempionuna məğlub oldu (YENİLƏNİB)
GÜNDƏM 26 Yanvar 2013 / 20:50 6204
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama görüşünə çıxıb. 

Qol.Az-ın məlumatına görə, ağdamlılar bu dəfə Litvanın sonuncu çempionu “Ekranas”la qarşılaşıb.
 
“Qarabağ” – “Ekranas” görüşü Bakı vaxtıyla 19:00-da başlayıb.

Güclü yağış şəraitində keçən oyunda "Qarabağ" rəqibinə 1:3 hesabı ilə məğlub olub.
 
Xatırladaq ki, “Qarabağ” Antalyadakı ilk matçında Rusiyanın “Ural” klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Ukraynanın “Hoverla” klubu ilə görüşdə isə 1:2 hesablı məğlubiyyət qeydə alınmışdı.
 
26 yanvar

Yoxlama oyunu
 
19:00. "Qarabağ" - "Ekranas" 1:3

Qol
Teli, 67 (1:2)

"Qarabağ": Miro Varvodiç, Maksim Medvedev, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Riçard Almeyda, Vüqar Nadirov, Muarem Muarem, Vaqif Cavadov.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer