Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
Madridin "Atletiko" klubu səfərdə "Qetafe"nin qonağı olub. İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən "Atletiko" bu axşamkı oyuna rahat çıxıb. Lakin bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyundan hesab açılmayıb - 0:0.
"Barselona" klubu doğma azarkeşləri önündə aşağı liqa təmsilçisi "Kordoba"nı qəbul edib. Səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi bu oyunun da əsas favoriti hesab olunurdu. Rəqibini 5:0 hesabı ilə darmadağın edən "Barselona" növbəti mərhələyə adlayıb.
8 yanvar
İspaniya Kral Kuboku, 1/8 final (cavab oyunları)
"Malaqa" - "Eibar" (İlk oyun - 1:1) - 4:1
Qollar: Arroyo, 12 (0:1), Dieqo, 74 (1:1), Fernandez, 76 (2:1), Portillo, 82 (3:1), Dieqo, 90 (4:1)
"Valensiya" - "Osasuna" (İlk oyun - 2:0) - 2:1
Qollar: Kosta, 34 (1:0), Llorente, 37 (1:1), Soldado, 90 (2:1)
9 yanvar
"Sevilya" - "Malyorka" (İlk oyun - 5:0) - 1:2
Qollar: Moral, 22 (1:0), Brandon, 52 (1:1), Alfaro, 56 (1:2)
"Real" (Madrid) - "Selta Viqo" (İlk oyun - 1:2) - 4:0
Qollar: Ronaldo, 3 (1:0), 24 (2:0), 87 (3:0), Xedira, 89 (4:0)
"Saraqoza" - "Levante" (İlk oyun - 1:0) - 2:0
Qollar: Zukulini, 23 (1:0), Montanes, 60 (2:0)
10 yanvar
"Qetafe" - "Atletiko" (Madrid) (İlk oyun - 0:3) - 0:0
"Barselona" - "Kordoba" (İlk oyun - 2:0) - 5:0
Qollar: Alkantara, 17 (1:0), Vilya, 21 (2:0), 26 (3:0), A.Sançez, 55 (4:0), 85 (5:0)
"Betis" - "Las Palmas" (İlk oyun - 1:1) - 1:0
Qol: Martin, 85 (1:0)
Haalanddan yeni rekord
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi