“Bakı”nın qapıçısı Aqil Məmmədov komandanın əsas heyətinə düşə bilməməsinə münasibət bildirib.
Qol.Az saytının müxbiri ilə söhbətində o deyib ki, hər bir futbolçu kimi, o da ehtiyatda qalmaq istəmir.
“Mən əsgərlikdən qayıtdıqdan zədə aldığım üçün bir az formamı itirdim. Lakin öz üzərimdə daim çalışaraq bu problemi aradan qaldırmağı bacardım. Ancaq nədənsə, baş məşqçi Bojidar Bandoviç mənə şans vermir. Düzdü, bu, onun hüququdur. Ancaq bu o demək deyil ki, mən bununla razılaşacağam. Mən meydana çıxıb oynamaq istəyirəm. Düşünürəm ki, Bajidar Bandoviç “Bakı”ya gəlməzdən əvvəl də yaxşı oyunumla özümü sübut etmişəm” – deyə o bildirib.
Baş məşqçiylə münasibətləri haqda da danışan A. Məmmədov bunları söyləyib: “Mənim Bojidar Bondoviçlə nə problemim, nə də aramızda mübahisə olub. Elə futbolçulardan deyiləm ki, məşqçiyə yaxınlaşıb məni niyə oynatmamasının səbəbini soruşum. Hər gün yüksək səviyyədə məşq edərəm vaxtımı gözləyirəm. Sadəcə, niyə şans verilmədiyini anlamıram. Axı mənim də keçən mövsüm “Bakı”nın uğurlarında bir futbolçu kimi az xidmətim olmayıb. Yəni artıq Premyer Liqada təcrübəm kifayət qədərdir. Yenə də ümidimi itirmirəm. Əsas məsələ komandamızın uğurudur”.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək