"Turan” klubunun baş məşqçisi Əfqan Talıbov qapıçısı Andrey Popoviçi komandadan kənarlaşdırmasının səbəbini açıqlayıb.
Qol.Az saytının müxbiri ilə söhbətində o deyib ki, Popoviç idman rejiminə riayət etmədiyi üçün “Turan”dan qovulub.
“Popoviç idman rejiminə riyayət edən futbolçu deyil. Bu adam spirtli içkiyə meyillidir. Ona görə də Popoviç hələ ilk gün “Turan”a gələndə ona dedim ki, səni yaxşı tanıyıram, dediklərimə qulaq asmasan, işin yaxşı olmayacaq. Mən ona deməmişdim ki, içməsin. Hamı bilir ki, ukraynalı olduğun üçün spirtli içkini sevir. Lakin ondan xahiş etdim ki, oyundan sonra bunu edə bilərsən. Yəni mən ona oyunlardan sonra dincəlməyə icazə vermişdim. O qədər içir ki, özünü və hərəkətini itirir” – deyə Ə.Talıbov bildirib.
“Turan”ın baş məşqçisi qeyd edib ki, Popoviç həddindən artıq intizamsız insandır: “İçib özbaşına hərəkətlər edirdi. Komanda yoldaşlarıyla mübahisəyə girişirdi. Bir sözlə, özündə olmurdu. Bir yox, bir neçə içki növünü qarışdırır. Mən ona demişdim ki, komandamın imicinə zərər gətirən hərəkətlər etmə. İçmisən, get gir, yerinə yat”.
A.Popoviçin onunla mübahisə etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən Ə.Talıbov deyib: “O, mənimlə mübahisə edə bilməz, buna imkan verməmişəm. Sadəcə, bu cür futbolçuların xarakterini yaxşı anlayıram. “Xəzər Lənkəran”la oyunda Popoviç rəqib oyunçu Skarlatakenin üzərinə elə sərt getdi ki, əlində balta olsaydı, vurub, başını yarardı. Bu epizodun videosu demək olar ki, bütün saytlarda qoyulub. Popoviçin hələ danışmağa üzü də var. Komandada nizam-intizam yaxşı idi. Popoviçin gedişindən sonra hamısı olub quzu. Popoviç elə bilirdi ki, komanda ondan asılı olacaq. Axı, o kimdir? Getsin hələ “Bakı”nın əsas heyətinə düşsün” – deyə Ə.Talıbov vurğulayıb.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər