Portuqaliya Futbol Federasiyasının rəsmisi "Bakı"nın bazası ilə tanış oldu

VİDEO 29 Noyabr 2012 / 15:40 2105
-  A +

Portuqaliya Futbol Federasiyasının (PFF) rəsmi nümayəndəsi Karlos Qodinyo "Bakı" klubunun bazasında olub.
 
Qol.Az-ın məlumatına görə, Qodinyonun ölkəmizə səfəri "Bakı" klubunun bazası ilə tanışlıq məqsədi daşıyıb.

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda millimizin qonağı olacaq Portuqaliya yığması məhz "Bakı"nın bazasında hazırlıq keçəcək.

Baza ilə yaxında tanış olan federasiya rəsmisi bunun onun üçün böyük sürpriz olduğunu bildirib: "Bu mənim üçün böyük sürpriz oldu. Mən 1999 və 2007-ci illərdə Bakıya gələrkən belə şərait yox idi. Milli komanda ilə bir çox ölkələrdə olmuşam. Ancaq bu gördüyüm ən yaxşı bazadır".

Qeyd edək ki, Portuqaliya millimizlə oyunöncəsi ilk iki məşqinə "Bakı"nın bazasında, son məşqinə isə matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda çıxacaq.



Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu