İspaniya Kral Kubokunda 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
Səfərdə "Kasereno"ya 4:3 hesabı ilə qalib gələn "Malaqa" doğma azarkeşləri önündə məğlub olub - 0:1. Bununla belə, "Malaqa" səfər qolu sayəsində mərhələ adlayıb.
Madrid "Real"ı ilk görüşdə 4:1 hesabı ilə darmadağın etdiyi "Alkoyano"na yenə heç bir şans verməyib. Cavab matçında 3:0 hesabı ilə qələbə qazanan "Real" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, kral kubokunda növbəti oyunlar bu axşam və sabah keçiriləcək.
27 noyabr
İspaniya Kral Kubokunda 1/16 final mərhələsinin oyunları
"Real" (Sosyedad) - "Kordoba" - 2:2 (İlk oyun - 0:2)
Qollar: Qriezmann, 20 (1:0), Kiko, 66 (1:1), Dubarbier, 72 (1:2), Agirretxe, 85 (2:2)
"Betis" - "Valyadolid" - 3:0 (İlk oyun - 0:1)
Qollar: Amaya, 27 (1:0), Martin, 62 (2:0), Rueda, 86-avtoqol (3:0)
"Rayo Valyekano" - "Las Palmas" - 0:0 (İlk oyun - 0:1)
"Osasuna" - "Sportinq" - 2:0 (İlk oyun - 0:1)
Qollar: Lorente, 70 (1:0), Roka, 76 (2:0)
"Malaqa" - "Kasereno" - 0:1 (İlk oyun - 4:3)
Qol: Çapi, 37 (0:1)
"Real" (Madrid) - "Alkoyano" - 3:0 (İlk oyun - 4:1)
Qollar: Di Mariya, 71 (1:0), Kallehon, 89 (2:0), 90 (3:0)
28 noyabr
"Qetafe" - "Ponferradina"
"Levante" - "Melilla"
"Valensiya" - "Llaqostera"
"Atletiko" (Madrid) - "Jaen"
"Espanyol" - "Sevilya"
"Barselona" - "Alaves"
29 noyabr
"Selta Viqo" - "Almeriya"
"Qranada" - "Saraqoza"
"Malyorka" - "Deportivo"
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video