"Neftçi"dəki istefalarla bağlı qərar verildi

"Neftçi"dəki istefalarla bağlı qərar verildi
ÖLKƏ FUTBOLU 2 Noyabr 2012 / 00:57 4244
-  A +

Ötən gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Neftçi”nin Avropa Liqası və daxili çempionatda çıxışı ilə bağlı müzakirələr aparılıb.

Məşqçilər korpusu tərəfindən “Rubin və “Rəvan” klublarına məğlubiyyətlərlə bağlı Sadıq Sadıqova hesabat verilib. “Neftçi”nin məğlubiyyətlərinə əsas səbəblər kimi, aşağıdakılar göstərilib:


1. Müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsində Azərbaycan Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq.

2. Çempionatın təqvimi tərtib olunarkən Avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması.

3. Bunların məntiqli nəticəsi kimi, Avropa Liqası turnirindəki Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin oyunlarını sıx qrafikdə keçirməsi.

Üstəlik “Neftçi” əsas hədəf kimi Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməklə yanaşı, gənc futbolçuların inkişafı strategiyasını seçib.

Bu mövsüm iddialı çıxışı ilə diqqət çəkən “Simurq” üzərində qələbə və itirilmiş xallara görə komandanın potensial lider olması “Neftçi” PFK-nın doğru yolda olduğunu bir daha sübut edir. 

Klub prezidenti Sadıq Sadıqov, rəhbərliyi və məşqçilər korpusunu dinlədikdən sonra, fikirlərini bildirərək Azərbaycan futbolunda ilk dəfə tarixi uğura imza atmış klubun rəsmilərinin və məşqçilər korpusunun istefalarını qəbul etməyib. Bundan başqa klub prezidenti obyektiv səbəbləri nəzərə alaraq, buraxılan səhvlərin qısa zamanda aradan qaldırılmasını tələb edib.

“Neftçi” bu mövsüm də yalnız çempionluğu və avrokuboklarda yeni uğurların qazanılmasını hədəfləyir. Buna görə də klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə qərara alınıb ki, klubun yeni inkişaf strategiyası planı hazırlansın. Həmçinin heyətin gücləndirilməsi üçün transfer dönəmində “Neftçi”yə yeni futbolçular cəlb olunsun.

Daha çox


Son xəbərlər