“Qarabağ” bizim ən hörmət etdiyimiz komandalardan biridir. Əlbəttə, onların da son turda xal itirməsi bizimlə oyuna maksimum nəticə üçün çıxacaqlarını göstərir. Ancaq Bakıya “Qarabağ”la görüşə yalnız üç xal üçün gəllmişik. Başqa variantımız yoxdur”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov sabah Premyer Liqanın XI turunda “Qarabağ”a qarşı keçirəcəkləri görüş haqda danışarkən bildirib.
“Qarabağ”ın kombinasiyalı oyuna üstünlük verdiyini deyən R.Məmmədov rəqibin hücuma meyilli futbolçularını daha təhlükəli hesab etdiyini söyləyib: “Onlardan ehtiyatlanırıq. Heyətlərində kifayət qədər səviyyəli legionerlər çıxış edir. Lakin rəqibin bütün bu özəlliklərini nəzərə almışıq. Onlara qarşı xüsusi olaraq hazırlanmışıq. Ancaq bunu açıqlamaq istəməzdim. Rəqibimizin keçirdiyi oyunları necə lazımdırsa, analiz etmişik”.
R.Məmmədov görüş ərəfəsində proqnoz vermək istəmədiyini söyləyib: “İstəməzdim şanslarımızı dəyərləndirim. Hər iki komanda üçün üç xal çox vacibdir. Ona görə də meydanda gərgin mübarizə gedəcəyini düşünürəm. Şanslarını bərabərdir”.
Əli HƏYATİ
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi