AFFA-da maliyyə meyarı üzrə seminar (FOTO)

XƏBƏR 29 Oktyabr 2012 / 14:38 1274
-  A +

Bu gün AFFA-nın Futbol akademiyasının konfrans zalında Azərbaycan Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələri üçün 2013-2014-cü il lisenziyalaşdırma mövsümünə həsr olunmuş Maliyyə meyarı üzrə seminar keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Maliyyə və Kadr-İnzibati Meyarlar üzrə ekspert Bəhram Dadaşov, Lisenziyalaşdırma komissiyasının maliyyə məsələləri üzvü İslam Bayramov və UEFA ilə əlaqələndirici Anar Kazımlının iştirak etdiyi seminarda klublara Maliyyə “Fair Play” qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Klub nümayəndələrinin diqqətinə həmçinin Maliyyə meyarları ilə bağlı yeniliklər çatdırılıb, UEFA-nın bu məsələlərə xüsusi həssaslıqla və diqqətlə yanaşdığı təkrarən vurğulanıb. Klub nümayəndələrinin sualları AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri tərəfindən cavablandırılıb.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq