Azərbaycan Premyer Liqasının onuncu turunda “Rəvan”a qarşı keçirilən oyundan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla “Neftçi”nin məşqçilər korpusu, o cümlədən başda vitse-prezident Tahir Süleymanov olmaqla klub rəhbərliyi istefa verib.
Qol.Az-ın məlumatına görə, buna komandanın ölkə çempionatındakı ardıcıl məğlubiyyətləri səbəb olub. Bu gün “Neftçi” “Rəvan”a da 0:2 hesabı ilə uduzub. On turdan sonra 12 xalı olan paytaxt təmsilçisi yeddinci yeri tutur.
Qeyd edək ki, istefa qərarı ilə bağlı son sözü “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyəcək.
Məsələ ilə əlaqədar S.Sadıqovun özü və “Neftçi” rəsmilərinin münasibətini öyrənmək cəhdimiz baş tutmayıb.
Əldə etdiyimiz məlumata görə, baş məşqçi Böyükağa Hacıyevin “Rəvan”a məğlubiyyətdən sonra mətbuat konfransında qatılmamasının da əsas səbəbi məhz istefa verməsidir.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi