AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun bu gün Avropa Liqasında keçiriləcək “Rubin” – “Neftçi” oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- Qarşılaşma ilə bağlı fikirləriniz necədir?
- Bu gün reallıqda qrupun favoritləri “İnter” və “Rubin”dir. Futbolumuzdakı inkişaf və “Neftçi”nin hazırkı durumu bizə ümid verir ki, “Rubin”lə baxımlı oyun olacaq. Ən vacibi təmsilçimizin səfərdə cəsarətli bir oyun sərgiləməsidir. Komandamız ilk növbədə rəqibindən çəkinməməlidir. Mən “Rubin”i çox yaxşı tanıyıram. Onlar daha çox texnikalı futbola üstünlük verirlər. Həmçinin bu klub özü oynamaqla bərabər, rəqibinə də oynamaq imkanı verir.
- “Neftçi”nin bugünkü durumu “Rubin”i məğlub etməyə imkan verirmi?
- Futbolda istənilən komandanı məğlub etmək olar. Bunun üçün yalnız qələbəyə çox yaxşı yüklənmək lazımdır. Əgər futbolçular böyük həvəs, inam və istəklə meydançaya çıxsalar, ən azı şanslarını artıracaqlar.
- Rusiya futbolunu yaxından tanıyan bir mütəxəssis kimi, rəqibimizin potensialını necə qiymətləndirirsiniz?
- Hazırda Rusiyada futbol çox yüksək səviyyədə inkişaf edir. “Rubin”in də potensialı çox yaxşıdır. Əgər xatırlayırsınızsa, “Barselona” kimi dünya səviyyəli komandanı məğlub etməyi, doğma meydanda isə bərabərə qalmağı bacarmışdı. Həmçinin hər il Avropada iddialı çıxışlarla yadda qalırlar. Lakin hər şeyə rəğmən “Neftçi”nin uğur qazanacağına inanıram.
- Sizcə, təmsilçimiz səfərdə güclü rəqibinə qarşı hansı taktikaya üstünlük verməlidir?
- Meydana çıxan komanda istər-istəməz nəticə əldə etməyə çalışır. Bunun üçün hücumda oynamaq vacibdir. Ancaq hücumda oynayaraq müdafiəni yaddan çıxartmaq lazım deyil. Mən hesab edirəm ki, “Neftçi” etibarlı oyun sərgiləməlidir. Həm hücumda, həm də müdafiədə bunun öhdəsindən gəlməyi bacarmalı, ələ düşən fürsətdən maksimum yararlanmağı çalışmalıdırlar.
- Siz rəqibimizin hansı mövqelərini “Neftçi” üçün daha təhlükəli hesab edirsiniz?
- Mən onların xüsusi olaraq hücum və orta xətlərini daha təhlükəli hesab edirəm. Komandada Gökdəniz Karadəniz kimi güclü futbolçular çox təhlükəlidir. Zəif nöqtələri isə müdafiədir. Mən hesab edirəm ki, “Neftçi” rəqibinin qapısına qol vurmağı bacaracaq.
- Bəs ümumən komandamızın şanslarını necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, şanslar bərabərdir. Əslində heç kimin şanslarını azaltmaq istəməzdim. Hesab edirəm ki, ən azı “Neftçi” məğlub olmayacaq və vətənə yaxşı nəticəylə geri dönəcək.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu