Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən "Qarabağ" - "Bakı" matçından sonra baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.
Qərarda deyilir ki, Premyer Liqanın IX turunun “Qarabağ” – “Bakı” matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə “Bakı” klubunun mühafizəçisi (Elvin Fətullayev) matçın baş hakiminə fiziki təsir göstərib (yumruqla zərbə endirib). Həmin şəxs polislər tərəfindən yaxalansa da, “Bakı” klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşdırılıb. Bu hadisənin “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir edib və onlara hədə-qorxu gəliblər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
1. “Bakı” klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulur, klub 20 min manat cərimə olunub.
2. “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanır, klub 16 min manat cərimələnib. Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir.
3. PFL baş vermiş hadisədə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat versin.
4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.
5. Analoji hadisənin baş verəcəyi təqdirdə “Bakı” klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaq:
- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.
- Klubun aktivindən xalların silinməsi.
- Klubun yarışlardan kənarlaşdırılması.
Qeyd edək ki, baş vermiş hadisə bir neçə vidoekamera vasitəsi ilə qeydə alınmış və öz təsdiqini tapmışdır.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
"Beşiktaş" "Marsel"lə üz-üzə - Avroliqada 9 oyun
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da