Ötən həftə “Hilton” otellərinin varisi Paris Hiltonla reklam filminə çəkilməklə gündəmə gələn "Atletiko" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan "Hello" jurnalına müsahibə verib.
- Haqqında ən çox nəyin maraq doğurdunu düşünürsən?
- Bu əslində maraq dairəsinə görə dəyişir. Kimisi futbolçu karyeramı, kimisi ölkə xaricindəki yeni həyatımı, kimisi geyim tərzimi, kimisi də şəxsi həyatımı maraqla izləyir.
- Artıq uzun müddətdir, dünyanın ən maraqlı şəhərlərindən birində yaşayırsan. Səncə, İstanbulun, yoxda Madridin gecə həyatı daha əyləncəlidir?
- İkisi də əyləncəli şəhərdir. Ancaq İstanbulun yeri hər zaman başqadır.
- Həm futbolçu kimi, həm də həyat tərzinizlə geniş tamaşaçı kütləsi toplaya bilmisən. Bu, sənin fəaliyyətinə nə dərəcədə təsir göstərir?
- Bir futbolçu olaraq həm özümə, həm də həyat tərzimə çox diqqət yetirirəm. Ancaq mən Arda Turan olmasaydım belə, indiki vəziyyətimdə qalacaqdım. Çünki mən belə bir insanam, fərqli davranmıram.
- Bəs, milyonlarla xanım azarkeşinizin olmasını bilmək necə bir duyğudur?
- Təbii ki, bəyənilmək hər oğlanın, daha doğrusu hər kəsin xoşuna gələr. Mənim də həmçinin.
- Xəyalını qurduğun bir həyat tərzi varmı, yoxsa elə xəyallarının içində yaşayırsan?
- Karyera baxımından hazırda tam istədiyim yerdəyəm. Yeni bir ölkədə, yeni bir çempionatda yeni başlanğıca imza atdım. Bu mövsüm İspaniyada ikinci mövsümümü keçirirəm. Hər şeyin getdikcə daha yaxşı olacağına inanıram.
- Madriddə futbol oynamaq və orada futbola baxış sənə nələr qazandırdı?
- İspaniya bir futbol ölkəsidir. Bizim kimi onlar da futbolu çox sevirlər. Texniki göstəricilər son dərəcə yüksəkdir. İspaniyanın bütün komandalarının oyun anlayışında bənzərliklər var. Bu, mənim də zövq aldığım bir oyun tipidir. Burada komanda daxilindəki dostluq əlaqələri də çox gözəldir. Bu da məni yaxşı mənada təsirləndirir. "Atletiko"nun azarkeşləri ilə aramda çox sıx bağlılıq var.
- Komandada ən yaxşı anlaşdığın futbolçular kimlərdir?
- Mario, Adrian, Əmrə və Falkao.
- Madridin ən çox nəyini sevdin?
- İspaniya da bir Aralıq dənizi ölkəsidir və mədəniyyət olaraq bizə yaxındır. İnsanları həyəcanlı və istiqanlıdır. Hisslərini bizim kimi üzə vuran və futbolu çox sevən insanlardırlar. Buna görə də özümü burada heç də əcnəbi hiss etmirəm.
- Türkiyə ilə bağlı ən çox nəyi özləyirsən?
- Ailəm və uşaqlıq dostlarımla vaxt keçirməyi.
- Neçə yaşına qədər futbol oynamağı düşünürsən? Sonrakı planların nələr olacaq?
- Komandama faydalı olduğum və fiziki hazırlığım imkan verdiyim qədər futbol oynamaq istəyirəm. Gələcək planlarım haqda düşünmək üçün hələ çox tezdir. Həyat planlar qurmaq üçün çox qısadır.
- Qardirobunuzun vazkeçilməz geyimləri hansılardır?
- Əlbəttə ki, rəngli şalvarlar, ayaqqabılarım və saatlarım.
- Bəs, heç vaxt geyinmək istəmədiyiniz bir rəng varmı?
- Yox. Çəhrayı şalvar və ya narıncı ayaqqabı da geyinə bilərəm.
- Son olaraq "DeFacto" şirkəti ilə işbirliyiniz haqda danışaq. Bu layihə necə həyata keçdi?
- "DeFacto" mənim həyat tərzimə uyğun bir markadır. Ötən mövsüm təklif gəldiyində tərəddüdsüz qəbul etdim. Çünki bu markanın rəngləri, Aralıq dənizli mənzərəsi, rahat həyat tərzi və modaya üstünlük verən dəsti xətti mənim üçün önəmli idi. Buna görə də layihədə mən də yer aldım.
- Reklam çəkilişləri necə keçdi?
- Çox əyləncəli idi. Televiziyada belə reklamlara rast gəldiyimdə, hər zaman kamera arxası çəkilişlər mənim üçün maraqlı gəlirdi. Bunların hamısının çox əyləncəli və həyəcanlı olduğunu gördüm.
- Reklam çəkilişində Paris Hiltonla birgə kamera qarşısına çıxdın. Onunla eyni səhnədə olmaq necə idi?
- Paris kimi dünyaca məşhur bir şəxsiyyətlə eyni kompaniyada iştirak etmək mənim üçün böyük şərəfdir. Onunla çalışmaq çox keyifli idi. Son dərəcə peşəkar və simpatik biridir. Çəkiliş vaxtı Hiltonla zamanın necə keçdiyini anlamadım.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı