Bakcell şirkəti "Mançester Yunayted"lə əməkdaşlığa başladı (FOTOLAR, VİDEO)

Bakcell şirkəti "Mançester Yunayted"lə əməkdaşlığa başladı (FOTOLAR, VİDEO)
VİDEO 15 Oktyabr 2012 / 18:09 4787
-  A +

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted"lə tərəfdaşlığa başladığını böyük məmnuniyyətlə elan edir.

Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki  azarkeşlərinə və 2,6 milyondan artıq Bakcell abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək.

Bakcell eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir. Bakcell-in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər.

Bakcell, həmçinin klubun rəsmi “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə oyunçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verəcək. Bakcell və “Mançester Yunayted” arasında əməkdaşlığa həsr olunmuş xüsusi Wap portal fəaliyyət göstərəcək. Həmin portal vasitəsilə abunəçilərə klubla bağlı xəbərlər, videolar, canlı skor, divar kağızları, rinqtonlar, çağırış siqnalları və s. kimi müxtəlif xidmətlər təklif olunacaq, tədbirləri və s. haqqında məlumat yerləşdiriləcək.
 
Bu yeni və maraqlı tərəfdaşlıqdan söz açan Klubun Əlaqələr üzrə Direktoru Nik Hamfreys deyib: ”Mançester Yunayted” Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur. Yeni müqaviləmiz “Mançester Yunayted” üçün daha bir ilkdir, çünki bu, Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, Bakcell şirkəti ilə iş birlliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq”.

“Azərbaycanın İlk Mobil Operatoru Bakcell daim “İLKlər” şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan “Mançester Yunayted”lə əməkdaşlıq bunun daha bir əyani sübutudur. Bakcell tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində Bakcell müştəriləri, “Mançester Yunayted” azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və “Mançester Yunayted”ə daha yaxın olacaqlar” deyə Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer bildirib.
 















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq