Mourinyo: “Ronaldo xoşbəxt olmamağa davam etsin”

Mourinyo: “Ronaldo xoşbəxt olmamağa davam etsin”
DÜNYA FUTBOLU 15 Sentyabr 2012 / 00:10 3889
-  A +

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo hücumçuları Kriştiano Ronaldonun “Real”da xoşbəxt olmaması barədə dediklərinə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis həmyerlisinin bu fikirlərinə kinayəli cavab verib.

“Ronaldo “Real”da xoşbəxt deyilsə və bu cür futbol oynayırsa, mənim üçün bir problem yoxdur. Xoşbəxt olmamağa davam edə bilər”.

Mourinyo jurnalistlərə bildirib ki, o, komandanın çıxışına cavabdehdir: “Əgər uğursuz çıxış edərsək, bunun səbəbini məndən soruşa bilərsiniz. Bir futbolçunun xoşbəxt olmaması isə onun özüylə bağlı məsələdir”.


Son xəbərlər