“Qarabağ”- AZAL matçının yeri dəyişdirilir

“Qarabağ”- AZAL matçının yeri dəyişdirilir
GÜNDƏM 10 Sentyabr 2012 / 14:32 2485
-  A +

Həftəsonu Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Qarabağ”- AZAL matçının yeri dəyişdirilir.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, onlar rəqiblə evdə yox, səfərdə qarşılaşmaq istəyirlər və bununla bağlı AZAL tərəfinə müraciət də ediblər.

“Təyyarəçilər” isə öz növbəsində “Qarabağ”ın təklifini nəzərə alaraq, matçın Şüvəlandakı “AZAL Arena”da keçirilməsinə razı olduqlarını bildiriblər.

Məsələnin rəsmiləşməsi üçün isə Peşəkar Futbol Liqasının (PFL) razılığı lazımdır. Adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bizimlə söhbətində bildirdi ki, iki klub öz aralarında razılığa gəlsə də, PFL bunu təsdiqləməlidir:

"PFL-in təsdiqləməsi üçün isə hər iki klubun rəsmi məktubla bu quruma müraciəti olmalıdır. Hələ ki, belə bir məktubla müraciət edən olmayıb. Əgər tərəflər matçın “AZAL Arena”da keçirilməsinə dair öz aralarında razılığa gəliblərsə, böyük ehtimalla PFL-də bunu təsdiqləyəcək".

Qeyd edək ki, çempionatın təqviminə görə, “Qarabağ” sentyabrın 16-da evdə AZAL-ı qəbul etməliydi.

Daha çox


Son xəbərlər