Bu axşam Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutub.
Fransan "Lill" klubu doğma azarkeşləri önündə Danimarkanın "Kopenhagen" komandasını sınağa çəkib. Fransa təmsilçisi səfərdə rəqibinə 0:1 hesabı ilə uduzduğundan cavab matçında mütləq qələbə qazanmalı idi ki, bunu da bacarıb - 2:0.
Ukraynanın "Dinamo" (Kiyev) klubu doğma meydanda Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə qarşılaşıb. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Kiyev təmsilçisi bu görüşə rahat çıxıb. Bu görüşdə "Dinamo" məğlub olsa da, qrup mərhələsinə vəsiqə qazana bilib - 1:2.
Azərbaycanlı futbolsevərlərin bütün diqqəti İstanbula yönəlib. Burada yerli "Fənərbaxça" klubu Rusiyanın "Spartak" (Moskva) komandasını qəbul edib. İlk görüşdə 1:2 hesabı ilə uduzan "Fənərbaxça" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüşdə bərabərlik qeydə alınıb - 1:1.
Qeyd edək ki, dünən keçirilən 5 oyunla qrup mərhələsinin daha 5 sahibi müəyyənləşib. Bunlar BATE, "Dinamo", "Braqa", "Malaqa" və "Anderlext" klublarıdır.
29 avqust
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları
23:45. “Fənərbaxça” (Türkiyə) - “Spartak” (Rusiya) (İlk oyun - 1:2) - 1:1
Qollar: Ari, 6 (0:1), Sou, 69 (1:1)
Qırımızı vərəqə: De Zeuv, 80 ("Spartak")
23:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Borussiya” ( Münhenqladbax, Almaniya) (İlk oyun - 3:1) - 1:2
Qollar: Kaçeridi, 70-avtoqol (0:1), Aranqo, 78 (0:2), İdeye, 88 (1:2)
23:45. “Seltik” (Şotlandiya) - “Helsinqborq” (İsveç) (İlk oyun - 2:0) - 2:0
Qollar: Hooper, 30 (1:0), Vanyama, 88 (2:0)
23:45. “Kluj” (Rumıniya) - “Bazel” (İsveçrə) (İlk oyun - 2:1) - 1:0
Qol: Kapetanos, 20 (1:0)
23:45. “Lill” (Fransa) - “Kopenhagen” (Danimarka) (İlk oyun - 0:1) - 2:0
Qollar: Diqne, 43 (1:0), Melo, 105 (2:0)
28 avqust
23:45. "Hapoel" (Kiryat Şmona, İsrail) - BATE (Belarus) (İlk oyun - 0:2) - 1:1
Qollar: Lenkse, 67 (1:0), Pavlov, 90 (1:1)
23:45. "Anderlext" (Belçika) - "AEL" (Kipr) (İlk oyun - 1:2) - 2:0
Qollar: Kanu, 81 (1:0), Lakovenko, 89 (2:0)
23:45. "Udineze" (İtaliya) - "Braqa" (Portuqaliya) (İlk oyun - 1:1) - 1:1 (Penaltilər seriyası - 4:5)
"Udineze": + + - +
"Braqa": + + + + +
Qollar: Armero, 25 (1:0), Mikael, 72 (1:1)
23:45. "Maribor" (Sloveniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) (İlk oyun - 1:2) - 0:1
Qol: Tonel, 12 (0:1)
23:45. "Panatinaikos" (Yunanıstan) - "Malaqa" (İspaniya) (İlk oyun - 0:2) - 0:0
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov