Bu axşam Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
İtaliyanın "Udineze" klubu doğma azarkeşləri önündə Portuqaliyanın "Braqa" komandasını sınağa çəkib. İlk oyunda 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz İtaliyada aydınlıq gəlib.
İlk oyunda olduğu kimi bu görüşün də əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qol olmadığından penaltilər seriyasına ehtiyac duyulub ki, burada daha dəqiq oynayan "Braqa" futbolçuları ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar.
"Neftçi"ni mübarizədən kənarlaşdıran İsrailin "Hapoel" (Şmona Kiryat) klubu öz meydanında Belarusun BATE komandasını qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Hapoel" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
Maraq doğuran görüşlərdən biri də Yunanıstanda baş tutub. Burada yerli "Panatinaikos" klubu İspaniyanın "Malaqa" komandası ilə qarşılaşıb. İlk görüşdə 2:0 hesabı ilə qələbə qazanan "Malaqa" bu üstünlüyünü qorumaq niyyətində idi. Lakin bu görüşdə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, play-off mərhələsinin oyunlarında sabah keçiriləcək 5 qarşılaşma ilə yekun vurulacaq.
28 avqust
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları
23:45. "Hapoel" (Kiryat Şmona, İsrail) - BATE (Belarus) (İlk oyun - 0:2) - 1:1
Qollar: Lenkse, 67 (1:0), Pavlov, 90 (1:1)
23:45. "Anderlext" (Belçika) - "AEL" (Kipr) (İlk oyun - 1:2) - 2:0
Qollar: Kanu, 81 (1:0), Lakovenko, 89 (2:0)
23:45. "Udineze" (İtaliya) - "Braqa" (Portuqaliya) (İlk oyun - 1:1) - 1:1 (Penaltilər seriyası - 4:5)
"Udineze": + + - +
"Braqa": + + + + +
Qollar: Armero, 25 (1:0), Mikael, 72 (1:1)
23:45. "Maribor" (Sloveniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) (İlk oyun - 1:2) - 0:1
Qol: Tonel, 12 (0:1)
23:45. "Panatinaikos" (Yunanıstan) - "Malaqa" (İspaniya) (İlk oyun - 0:2) - 0:0
29 avqust
“Fənərbaxça” (Türkiyə) - “Spartak” (Rusiya) (İlk oyun - 1:2)
“Dinamo” (Kiyev, Ukrayna) - “Borussiya” ( Münhenqladbax, Almaniya) (İlk oyun - 3:1)
“Seltik” (Şotlandiya) - “Helsinqborq” (İsveç) (İlk oyun - 2:0)
“Kluj” (Rumıniya) - “Bazel” (İsveçrə) (İlk oyun - 2:1)
“Lill” (Fransa) - “Kopenhagen” (Danimarka) (İlk oyun - 0:1)
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq