"Bakı"nın yeni qapıçısı danışdı (VİDEO)

"Bakı"nın yeni qapıçısı danışdı (VİDEO)
VİDEO 2 Avqust 2012 / 14:11 2829
-  A +

"Bakı"nın yeni qapıçısı Edin Nuredinovski gələcək planları haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun televiziyasına danışan makedoniyalı qapıçı hədəflərinin yüksək olduğunu bildirib.

E.Nurediovski 12 aprel 1982-ci ildə keşmiş Yuqoslaviya respublikası olan Makedoniyada anadan olub. Futbolçu karyerasına Skopyenin Vardar klubunda başlayıb. 1999-2003-cü illər ərzində bu klubda çıxış edən qapıçı 2003-cü ildə Sloqa Yuqomaqnat klubuna transfer olunub.
 
2005-2006-cı illər ərzində FK Pobedanən şərəfini qoruyub. Edin 2006-cı ildə ünvanının Almaniyaya dəyişib, 2006-cı ildə GVO "Oldenburq", 2007-ci ildə "Aintraxt" Brauşviq forması geyib. 2007-ci ildə Makedoniyaya qayıdan Nuredinovski iki il ərzində "Sementarnika 55" (Skopye), "Milano Kumanovo" klublarının heyətində yer alıb.

2009-cu ildə Yunanıstanın "Etnikos" klubuna dəvət alıb və 2012-ci ilə qədər Yunanıstan liqasında oynayıb. Edin Nuredinovski 7 dəfə Makedoniya milli komandasının heyətinə cəlb olunub. Boyu 195 sm, şəkisi 89 kiloqramdır.

Qeyd edək ki, Nurediovski ilə 1+1 illik müqavilə imzalanıb.



Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə