“Hapoel”in baş məşqçisi: “4:0 hesablı qələbə gözləmirdim”

“Hapoel”in baş məşqçisi: “4:0 hesablı qələbə gözləmirdim”
ÖLKƏ FUTBOLU 2 Avqust 2012 / 00:15 2673
-  A +

“Bu gün oyun çox çətin keçdi. Rəqib bura hazırlıqlı gəlmişdi. Amma onlar imkanlarından aşağı səviyyədə çıxış etdilər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İsrail “Hapoel”inin baş məşqçisi Gili Landau Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

O deyib ki, birinci hissədə istədikləri oyunu göstərə bilməyiblər: “Fasilə mən futbolçulara müəyyən tapşırıqlar verdim. Buna görə də ikinci hissədə bizimkilər daha yaxşı oynamağa başladılar. Biz komanda oyunu nümayiş etdirdik. Özümüzə inam çox idi”.

Baş məşqçi etiraf edib ki, 4:0 hesablı qələbə onun üçün gözlənilməz olub.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq