“Hapoel” (İroni Kiryat) yeni yaranmış komandadır. Mən İsraildə futbol oynayanda bu komanda heç I diviizonda da oynamırdı”.
Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev bu gün “Neftçi”in Çempionlar Liqasında keçirəcəyi oyun haqda danışarkən deyib.
Bir vaxtlar İsraildə legioner həyatı yaşayan Diniyev “Neftçi”nin rəqibini dəyərləndirib: “Mənim dövrümdə İsraildə iki “Makkabi” (Hayfa və Təl-Əviv) hegemonluq edirdi. Sonradan onlara “Hapoel” (Təl-Əviv) və “Beytar” (Yerusəlim”) klubları da qoşuldu. Bu, hardasa 1992-95-ci illər idi. O dövrdən bu günə İsrail futbolunun nəhəndləri bu 4 komanda sayılıb. İroni Kiryat klubu isə yeni yaranmış komandadır. Sizə deyim ki, heç futbol şəhəri də deyil və İsrailin şimalında Livanla həmsərhəd bölgədə yerləşir. Əhalisi də çox azdır. Sadəcə, yaxşı sərmayə yatırıldı və bunu nəticəsində komanda çempion oldu. Özünüz də bilirsiniz ki, müasir futbolda pul çox şeyi həll edir”.
Millimizin sabiq baş məşqçisi qarşılaşmaların “Neftçi” üçün çətin keçəcəyini də düşünür: “Hapoel”in oyununa baxmışam və ümumiyyətlə, o komanda haqqında kifayət qədər məlumatım olduğundan, deyə bilərəm ki, “Neftçi” üçün çox çətin olacaq. Rəqibin heyətində kifayət qədər legioner çıxış edir. Özü də bu komanda ispan futboluna yaxın futbol oynayır, qısa ötürmələrdən çox istifadə edir. Demək olar ki, zəif nöqtələri çoxdur. Hər mövqeydə komplektləşiblər. “Neftçi”nin yeganə üstünlüyü sürətli oyunçulara malik olmasıdır. Məsələn, Vobay, Flavinyo kimi futbolçular rəqibə başağrısı ola bilər. Bir sözlə, deməzim ki, rəqib keçilməz rəqib deyil. Ancaq bunun üçünm kifayət qədər gücsərf etmək lazım gələcək”.
Diniyev “Neftçi”nin məşqçilər korpusundan da çox şeyin asılı olacağını düşünür: “Təbii ki, həmkarım haqqında hansısa fikir söyləməyim düzgün olmazdı. Tərlan Əhmədov özü də futbol oynayıb, millinin şərəfini qoruyub, bir sıra tanınmış məşqçilərimzin yanında çalışıb, kifayət qədər təcrübə toplayıb. Məhz topladığı bu təcrübə bu gün onun köməyinə gələ bilər. İnanıram ki, Əhmədov həmin təcrübələrindən bu cür oyunlarda məşqçi kimi istifadə edə biləcək. Bu cür oyunlarda adətən taktikanı bir yox, iki oyuna görə qururlar. Hər iki oyunda “Neftçi”yə uğurlar arzulayıram”.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi