Bakının “İnter” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi
- Avroliqada keçirdiyiniz ilk oyunda səfərdə Estoniya “Trans”ına 5:0 hesabıyla qalib gəldiniz. Oyun barədə nə deyə bilərsən?
- Görüşə ciddi hazırlaşmışdıq. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Təlim-məşq prosesi zamanı taktiki və fiziki çalışmalar üzərində çox çalışmışdıq və bunun bəhrəsini dünənki oyunda gördük.
- Rəqibinizi bütün komponentlərdə üstələdiyinizi söyləmək olar?
- Ümumiyyətlə, komandamız kompakt şəkildə oyuna üstünlük verdi. Həm komanda şəklindı müdafiə olunur, həm də hücum edirdik. Buna görə də rəqibimizə bizi üstələmək üçün heç bir şans vermədik. Bəli, estonları bütün komponentlərdə üstələdiyimizi söyləmək olar.
- Bəs, belə böyükhesablı qələbə qazanacağınızı gözləyirdinizmi?
- Bunu nəinki mən, heç birimiz gözləmirdik. Məqsədimiz üstünlüyü ələ alıb qol vurmaq idi. Bunu bacardığımızı gördükdə hesabın daha böyük olmasına çalışırdıq. Şükür olsun ki, bu vəzifəmizin öhdəsindən əla gəldik.
- Bu, sənin “İnter”in heyətində ilk rəsmi qarşılaşman oldu. Öz oyunun haqda nə deyərdin?
- Məncə, pis çıxış etmədim. Ancaq bu sualı baş məşqçi Kaxaber Sxadadzeyə ünlanlasanız, daha yaxşı olar. Əsas odur ki, oyunumdan baş məşqçi razı qalsın.
- Necə düşünürsən, təkrar görüşdə də azarkeşlər böyükhesablı qələbəyə şahidi ola biləcəklər, yoxsa bir qədər formal xarakterli oyun olacaq?
- Biz peşəkar komanda olduğumuz üçün hər bir görüşə ciddi yanaşırıq. Hansı hesabla qalib gəlməyimizdən aslı olmayaraq. Lakin hansı heyətlə, kimin oynayacağına qərar vemək baş məşqçinin səlahiyyətlərinə aiddir.
- Demək olar ki, artıq ikinci mərhələdəsiniz. Növbəti rəqibiniz Yunanıstan təmsilçisi olacaq. Onları keçmək şanslarınızı necə görürsən?
- Gəlin, hələ hadisələri qabaqlamayaq. İlk mərhələni adladıqdan sonar Yunanıstan klubu haqda rahat danışmaq olar. Ancaq yunanların “Trans”dan çox güclü olduğunu dəqiq bilirəm.
Əli HƏYATİ
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı