"Yenidən Azərbaycana qayıtdığım və sabiq komandam “Xəzər Lənkəran”a qarşı oynayacağım üçün xoşbəxtəm. Rəqibimiz çox güclü komandadır və onlar topu özlərində saxlamağı yaxşı bacarırlar. Düzdü, onlar topu uzun müddət özlərində saxlamağı bacarmırlar. Ancaq onu bilirəm ki, "Xəzər Lənkəran" fiziki cəhətdən çox güclüdür və sürətli oyuna üstünlük verirlər".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın Avroliqadakı rəqibi "Nomme Kalyu"nun müdafiəçisi Tixon Şişov klubun rəsmi saytına müsahibəsində deyib.
Lənkəranda keçirəcəkləri ilk oyunu dəyərləndirən estoniyalı futbolçunu "Xəzər Lənkəran"ı cütün favoriti adlandırıb: "Mənim "Xəzər Lənkəran"dan ayrılmağım rəhbərliyin qərarı idi. Düzünü desəm, mən bu məsələni kimin başladığını bilmirəm. Məşqçilər yoxsa, menecerlər işi idi. Təbii ki, bir qədər incikliyim var. Ancaq bu məsələdə komanda günahkar deyildi.
Oyuna gəldikdə isə biz "Xəzər Lənkəran"ı məğlub edə bilərik. Ancaq burada əsas məsələ bizim öz potensialımızı nə dərəcədə ortaya qoya biləcəyimizdi. “Xəzər Lənkəran”ın reytinqi daha yüksəkdir və buna görə də onlar cütün favoriti sayılırlar. Lakin biz də həm Lənkəranda, həm də evdə qələbə qazanmağa çalışacağıq. Bu, bizim üçün çətin olacaq. Ancaq bütün bacarığımızı ortaya qoyacağıq".
Qeyd edək ki, Lənkəran şəhər stadionun keçiriləcək "Xəzər Lənkəran" - "Nomme Kalyu" matçı iyulun 5-də saat 20:00-da başlayacaq.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi