Zaur Əzizov: "Mahir Şükürovla bağlı qərar "Neftçi"ylə oyundan sonra veriləcək"

Zaur Əzizov: "Mahir Şükürovla bağlı qərar "Neftçi"ylə oyundan sonra veriləcək"
ÖLKƏ FUTBOLU 10 May 2012 / 18:19 2297
-  A +

“Mahir Şükürov “Qəbələ” klubuna məxsusdur. Bu futbolçu ilə bağlı qərarımızı sabah “Neftçi” ilə keçiriləcək oyundan sonra verəcəyik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

Klub nümayəndəsi sabah baş tutacaq “Neftçi” ilə oyundan sonra Mahir Şükürov daxil olmaqla, bir çox futbolçunun taleyinə aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, bu gün mətbuatda Mahir Şükürovun “Xəzər Lənkəran” klubu ilə müqavilə bağladığı haqda xəbərlər yayılıb.

Son xəbərlər