Ramin Musayev "Xəzər Lənkəran" - "Qarabağ" matçının yayımından danışdı

Ramin Musayev "Xəzər Lənkəran" - "Qarabağ" matçının yayımından danışdı
ÖLKƏ FUTBOLU 10 May 2012 / 17:00 3686
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev sabah Unibank Premyer Liqanın 32-ci turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Qarabağ” matçının canlı yayımlanmamasına münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində qurumun rəhbəri bildirib ki, növbəti mövsümdən bu cür problemlərin yaşanmaması üçün matçların yayım hüququ klublardan alınaraq PFL-ə verilib:

"Növbəti mövsümdən PFL bu işləri nizamlayacaq. Televiziyalarla müqavilə bağlayıb, oyunların yayımını təşkil edəcəyik”.

Ramin Musayev deyib ki, sabahkı oyunun nümayişi üçün televiziyalar “Xəzər Lənkəran” klubu ilə əvvəlcədən müqavilə bağlamalı idi:

"Bizim televiziyalar isə bu işlərdə bir qədər ləng tərpənirlər. Kanallarımız ilboyu gözləyir və sona bir tur qalmış oyunun yayımına can atırlar. Bu, düzgün deyil. Mövsümöncəsindən bunla bağlı klubun razılığı alınmalıdır".

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır